• 02 Oktyabr 2020

Azərbaycan dili

Azərbaycan dili hər kəsin bilməsi vacib olan ən önəmli fənlərdir biridir. Elə buna görə də IX, XI sinif buraxılış imtahanlarında, ali məktəblərə qəbul imtahanlarının bütün ixtisas qruplarında şagirdin, abituriyentin bilik səviyyəsini yoxlayarkən məhz bu fənn əsas götürülən 2, 3 və ya 5 fənn arasındadır. 

824981438583499

Mərkəzimizdə, şagirdlərin əsas fənləri daha da mükəmməlləşdirmələri üçün tədris olunan fənlərdən biri də Azərbaycan dilidir. Bundan başqa şəhadətnamə, attestat və qəbul imtahanlarına hazırlaşan abituriyentlər də burada bu fənni mükəmməl səviyyədə öyrənə bilərlər.

  • Dərslər TQDK-nın proqramına uyğun olaraq aparılır;

  • Həftəlik mövzu sınaq testləri ilə şagirdin mövzu üzrə bilik səviyyəsi yoxlanılır;

  • Aylıq sınaq imtahanları keçirilir;

  • İmtahandan zəif nəticə göstərən şagirdlər əlavə dərslərə cəlb olunur.

    307f1b6ac5163eac224467221aa08d83Ana-Dili-abide

Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi:

Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi
     5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.
     5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.
     5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.