• 02 Oktyabr 2020

Bugün “MƏRAM” GİM-də “Radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin rolu” layihəsi əsasında seminar keçirildi

“MƏRAM” Gənclik İnkişaf Mərkəzində AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN YANINDA GƏNCLƏR FONDUNUN dəstəyi ilə ŞƏKİ ŞƏHƏRİ GƏNCLƏR VƏ İDMAN İDARƏSİ və “KÖNÜLLÜ GƏNCLƏR” Könüllülük Fəaliyyətinin Təbliği Gənclər İctimai Birliyinin təşkil etdiyi “RADİKALİZMLƏ MÜBARİZƏDƏ MƏNƏVİ DƏYƏRLƏRİMİZİN ROLU” layihəsi əsasında seminar keçirildi. Seminarda “KÖNÜLLÜ GƏNCLƏR” Könüllülük Fəaliyyətinin Təbliği Gənclər İctimai Birliyinin icraçı direktoru Aqşin Teymurlu, İlahiyyatçı Fizuli Hüsiyev və başqaları iştirak edirdi. Fizuli Hüsiyev gənclərə radikalizmlə mübarizə aparmağın yolları haqqında danışdı və bu mövzuda gəncləri maraqlandıran suallara cavab verdi. Qeyd olundu ki: “İslam dini sülh dinidir. Mərhəmətlilik, xeyirxahlıq dinidir. Din adına, İslam adına terror aktı törətmək, məsum insanların canına qıymaq, cəmiyyəti hüzursuz etmək əsla bir müsəlmanın edə biləcəyi bir davranış deyildir…” Layihə çərçivəsində gənclərə rəngli buklet, rəngli təsvirli köynək və papaq hədiyyə olundu. Sonda coffee break (qəhvə fasiləsi) oldu və gənclər toplantıdan razı qaldıqlarını, bu cür layihələrin mütəmadi təşkil olunmasının böyük əhəmiyyəti olduğunu bildirdilər.

WhatsApp-Image-20160514 (1)WhatsApp-Image-20160514 (3)WhatsApp-Image-20160514 (4)55555

0 Reviews

Write a Review

VN

Read Previous

“Məram” Gənclik İnkişaf Mərkəzi – HAQQIMIZDA

Read Next

Konya şəhəri Meram Bələdiyyəsi və Şəki Bələdiyyəsinin nümayəndə heyəti Məram GİM-də qonaq oldular

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir