• 02 Oktyabr 2020

İngilis dili (hazırlıq)

İngilis dilinin dünyada çox geniş yayılması, bir çox ölkələrdə geniş istifadə olunması ölkəmizdə də bu dili öyrənməyin vacibliyini sübut etmişdir. Bu səbəbdəndir ki, orta məktəblərdə də xarici dil kimi ingilis dilinin tədrisi aparılır və bir çox imtahanlarda ingilis dili biliyi tələb olunur.  “Məram” Gənclik İnkişaf Mərkəzində İngilis dilində mükəmməl

HGHGdanışıq öyrədilməsi ilə yanaşı, həm də şagirdlərin əsas fənlərdən biri kimi bu fənni gücləndirmələri, eyni zamanda abituriyentlərin və xarici ölkələrdə təhsil almaq istəyənlərin imtahanlara hazırlaşmaları üçün imtahan proqramına uyğun dərsin tədrisi aparılır. TQDK və digər test tapşırıqlarından istifadə etməklə şagirdin, abituriyentin və ya digər imtahan verəcək şəxsin biliyi mütəmadi yoxlanılır və zəif nəticə göstərdiyi mövzular yenidən öyrədilir. 

 20160303_103700