• 27 Oktyabr 2020

Konya şəhəri Meram Bələdiyyəsi və Şəki Bələdiyyəsinin nümayəndə heyəti Məram GİM-də qonaq oldular

Bugün, Türkiyə Respublikası Konya şəhəri Meram Bələdiyyəsinin sədri Fatma xanım Toru, Şəki Bələdiyyəsinin sədrinin birinci müavini Etibar Nuriyev, Şəki Bələdiyyəsinin sədrinin müavini Gülnaz xanım Salamova və digər bələdiyyə nümayəndələri Məram Gənclik İnkişaf Mərkəzində qonaq oldular. Qonaqlar mərkəzimizlə tanış olduqdan sonra burada fəaliyyət göstərən kurslarla maraqlandılar. Əbru (su üzərində rəsm), Rəssamlıq, Toxuculuq və digər kurslar qonaqların dərin marağına səbəb oldu.11111333355554444

Şəkiyə 5 günlük səfərə gələn qardaş Türkiyə Respublikasının Konya şəhəri Meram Bələdiyyəsinin nümayəndə heyəti mayın 16-sı günorta saatlarında Şəkidə olmuş və səfərə bu qədim diyardakı mədəniyyət abidələrini, tarixi məkanları, Şəkinin gəzməli-görməli yerlərini ziyarət etməklə start vermişlər. Qeyd edək ki, Şəki Bələdiyyəsi və Konya şəhərinin Meram Bələdiyyəsi arasında 23.09.2012 tarixində Şəkidə keçirilən “Şəhər Günü”-nə həsr olunmuş bayram tədbirləri çərçivəsində qardaşlıq münasibətlərinin yaranması münasibəti ilə mərasim keçirilmiş və iki bələdiyyə arasında dostluq, qardaşlığa dair sənədlər imzalanmışdır.

0 Reviews

Write a Review

VN

Read Previous

Bugün “MƏRAM” GİM-də “Radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin rolu” layihəsi əsasında seminar keçirildi

Read Next

Bugün “Məram” GİM-də daha bir gözəl layihə əsasında seminar keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir