• 05 İyul 2020

MƏRAM – GİM TƏLƏBƏLƏRİ GƏZİNTİDƏ!

Dünyada ən şərəfli peşələrdən bəlkə də birincisi olan müəllim peşəsinin ən gözəl tərəflərindən biri də uşaqların sevincli anlarını görmək və bu anları onlarla birlikdə yaşamaqdır. Bu məqaləmizdə gəzinti haqqında bir şey qeyd etməyəcəyik. Çünki, uşaqların simalarındakı təbəssüm, gözlərindəki sevinc hissi deyiləsi bütün sözlərdən qat-qat artığını deyir.. Bu sevinci uşaqlara yaşatdığı üçün, onlarla birlikdə öyrənib, bəzən  onlarla birlikdə oynayıb və lazım gəldikdə onlar üçün bu cür fədakarlıqları edən bütün müəllimlərə, o cümlədən “MƏRAM” Gənclik İnkişaf Mərkəzinin müəllim kollektivinə mərkəzimiz adından minnətdarlığımızı bildirir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq. Elə yeni dərs ilinin başlanması və qarşıdan gələn müəllimlər günü (5 oktyabr) ilə əlaqədar olaraq müəllimlər haqqında bu sözlər yerinə düşər. Əziz müəllimlər! Necə dəyərli olduğunuzu bəlkə də unudursuz. Axı həm də müəllim çox sadə və təvazökar olur. Buna baxmayaraq, hər kəs bilməlidir ki, müəllimə qarşı edilən hörmətsizlik elə özünə edilən hörmətsizlikdir. Belə zamanlarda aşağıdakı fikirlərin müəllimlərə necə layiq olduğunu görmək mümkündür:

 “Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi    olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq        ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir”; “Mən          dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram”.

                                                                                      Heydər Əliyev 

“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab       edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun      kəsib təhsilə xərcləməyi, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”                              

                                                                                  Heydər Əliyev

   “Hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun         dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş          bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisi ən lazımlısıdır.

                                                                                   Heydər Əliyev

Və nəhayət, gəzintidən bəzi anlar..
IMG_0001IMG_0013IMG_0039 IMG_0045 IMG_0053 IMG_0059 IMG_027111111111111IMG_0257IMG_0089 IMG_0144IMG_0212IMG_0346IMG_0311

0 Reviews

Write a Review

VN

Read Previous

Sentyabr ayının 1-də “YAY KURSLARI”-nın yekunu ilə əlaqədar tədbir keçirildi

Read Next

“MƏRAM” Gənclik İnkişaf Mərkəzində “DİNİ RADİKALİZİMLƏ MÜBARİZƏDƏ ƏNƏNƏVİ İSLAMIN ROLU” mövzusunda seminar keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir