• 05 İyul 2020

Mozaika

Mozaika-müxtəlif rənglərdə saxsı, mərmər, daş, bişirilmiş sərt torpaq parçaları ilə divar, tavan kimi yerlərə əsrarəngiz təsvirlərin işlənilməsi kimi bilinən dekorotiv sənətin bir növüdür. 

878787

Orta əsrlərdə Azərbaycanda tikililərdə mayolikadan maraqlı dekorativ mozaikalar yaradılıb. Naxçıvanda XVIII əsrdə inşa olunan Zaviyə məscidi adlandırılan binanın giriş qapısı və pəncərələri rəngli mozaika ilə bəzədilmişdir. Məşhur Şəki Xan sarayında da mozaikadan istifadə olunub. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. 

456

Müasir Azərbaycan rəssamlarından O.Şıxəliyev, A.Rəcəbovun yaratdığı mozaika nümunələri Bakı Məişət Kondisionerləri Zavodunu, “Azərbaycan” nəşriyyatının girişini bəzəyir. Bakı metropoliteninin Nizami stansiyasında M.Abdullayevin, Neftçilər stansiyasında A.Ağamalov və M.Qafarovun mozaika kompozisiyaları Azərbaycan mozaika sənətinin ən yaxşı nümunələrindəndir.