• 05 İyul 2020

Mühasibatlıq

Mərkəzimizdə Mühasibatlıq (1C) kurslarında ənənəvi mühasibatlıq haqqında biliklərlə yanaşı, siz müasir komputerləşdirilmiş mühasibatlıq (1C) haqqında da biliklərə yiyələnə bilərsiniz. Dəsrlər həftədə 3 dəfə kiçik qruplar halında keçirilir. Kursun müddəti təxminən 3 ay davam edir.1cpng

Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.

Ekran Alıntısı

Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.