• 02 Oktyabr 2020

Toxuculuq

Azərbaycan xalqının qədim sənət və peşə sahələrindən biri olan toxuculuq kursları da “MƏRAM” Gənclik İnkişaf Mərkəzində fəaliyyət göstərir. Mərkəzimizdə həm kiçik ölçülü xalılar, həm suvenir, bəzək əyaları və s. toxuma öyrənilməsi üzrə müəyyən müddətli kurslar keçirilir və bunun üçün bu işi mükəmməl bacaran mütəxəssislər dəvət olunur. 

8989

Ümumiyyətlə bu sahə ipək, yun, pambıq, kətan və boyaq bitkilərinin bol olduğu yerlərdə daha çox inkişaf edir. Qədim zamanlardan bəri öz ipəyi ilə məşhur olmuş Şəki şəhərində də toxuculuq uzun müddət inkişafından qalmır və bu günümüzədək bu sənəti davam etdirənlərin sayı kifayət qədər çoxdur. Məkanlar dəyişir, dəzgahlar yenilənir, müasirləşir, sənət isə öz gözəlliyini qoruyur. Niyə də olmasın axı?! Bu sənət xalqın qədim tarixini, mədəniyyətini özündə əks etdirir, bu sənət estetik tərbiyəni inkişaf etdirir, bu sənət insanları təbiiliyə üstünlük verməyə, zərərli, tez başagələn, süni mallardan uzaq olmağa çağırır..  Və bu sənətin yaşaması üçün “MƏRAM” Gənclik İnkişaf Mərkəzi olaraq əlimizdən gələni etməkdən qürur duyuruq.